Biznesin gücü
birlikdə daha böyükdür

Azərbaycan sahibkarlarını bir araya gətirən, innovativ həllər və qlobal imkanlar təqdim edən ən nüfuzlu platforma.

B2B Görüşlər 20+ şirkət hər ay bir masada
300+ Partnyor Bütün sektorlardan sahibkarlar
Xidmətlərimiz

AKİAB-müəyyən etdiyi prinsiplər əsasında cəmiyyətin, üzvlərinin, ölkənin iqtisadi vəziyyətinə töhfə vermək məqsədilə iş adamlarını birləşdirən bir təşkilatdır. Öncəliyi üzvləri olan AKİAB, əməkdaşlıq və inkişaf platforması olmağı hədəfləyərək, bütün ölkəyə və iş dünyasına faydalı olmaq inancındadır.

Business to Business (B2B)

AKİAB partnyorluq paketində asılı olaraq öz partnyorları arasında aylıq biznes masaları təşkil edir. Görüşlər minimum 20 şirkətin iştirakı ilə səhər saatlarında başlayır və birgə səhər yeməyi ilə yekunlaşır. Görüşlərdə iştirak edən partnyorlara masadan iş götürməklə yanaşı, masaya iş gətirməsi də təşviq edilir. Belə ki, biznes masalarda ən çox iş paylaşımı edən və reallaşdıran partnyorların statistikası aparılır və il sonunda masa çempionlarına müvafiq olaraq ilk 3 yerə Standart, Gold və ya Platinium üzvlük paketi hədiyyə edilir. Bu isə öz növbəsində partnyorlar arasında biznes masalarından fayda götürməklə yanaşı, faydalı olmaq üçün də rəqabət motivasiyası yaradır.

Business to Consumer (B2C)

Müştərilərə partnyorlarımız tərəfindən pulsuz paylanılır və hər bir müştərinin adına bir kart qeydiyyatdan keçirilir. Müştərilər isə həmin kartlar vasitəsilə partnyorlarımızın hər birindən aldıqları xidmət haqqının müqabilində bonuslar alırlar. Yığılan bonuslar isə AKİAB partnyorlarının hər birində istifadə edilə bilər. AKİAB eyni zamanda partnyorlarına öz loyallıq kartlarını da çıxarmağa imkan verir. Belə ki, hər şirkət üzərində öz loqosu olan loyallıq kartlarını öz müştərilərinə verməklə onları həm özəl hiss etdirməyi, həm də sadəcə onlardan deyil, AKİAB-a üzv olan digər partnyorlardan da bonus qazanmaq imkanı qazandırır.

Marketing

AKİAB həm də bir çox vasitələrlə partnyorlarının bizneslərini tanıtması üçün dəstək olur. AKİAB-ın əsasən aşağıdakı vasitələrlə şirkətlərin reklamını və tanıtımını həyata keçirir.

AKİAB Akademiya

AKİAB ACADEMY ölkədə sahibkarlığın inkişafı və bizneslərdə məlumatlılığın artırılması məqsədilə silsilə seminar və təlimlər təşkil etməklə öz töhvəsini verən AKİAB-ın növbəti layihəsidir. Belə ki, AKİAB-ın təşkilatçılığı ilə qabaqcıl təlim mərkəzlərinin və təlimçilərin iştirakı ilə AKİAB partnyorları və digər sahibkarlar üçün aylıq təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.

Biz kimik?

2021-ci ildən fəaliyyət göstərən AKİAB-ın məqsədi Azərbaycanda Korporativ İdarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılaşdırılmasına səylərin artırılması, iş adamları arasında korporativ birliyin möhkəmləndirilməsini qorumaq və inkişaf etdirməkdir.

300+ Partnyor
4+ İl təcrübə
50+ Aylıq görüş
Fəaliyyətlərimiz
May 7, 2026

AKIAB Biznes və İnkişaf Forumu 2026

Avq 6, 2026

AKİAB Azərbaycan şirkətləri üçün Avropaya ixrac imkanları

Tərəfdaşlarımız

AKİAB Akademiya sahibkarlar üçün təlim

Bu dəfə tam fərqli təlim və təlimçi ilə sizlərin qarşınızdayıq.

Tarix: 8 Avqust, 2026
Saat: 10:00 - 18:00
Məkan: GlobalSoft MMC
Təlim haqqında
İdarə Heyəti

Strateji düşüncə. Real nəticələr.

Vəfadar Babayev

Vəfadar Babayev

Direktor

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since 1966,

Vəfadar Babayev

Vəfadar Babayev

Direktor

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since 1966,