Xidmətlərimiz

Üzvlərimizin və biznesin inkişafı üçün təqdim etdiyimiz xidmətlər

Business to Business (B2B)

AKİAB partnyorluq paketində asılı olaraq öz partnyorları arasında aylıq biznes masaları təşkil edir. Görüşlər minimum 20 şirkətin iştirakı ilə səhər saatlarında başlayır və birgə səhər yeməyi ilə yekunlaşır. Görüşlərdə iştirak edən partnyorlara masadan iş götürməklə yanaşı, masaya iş gətirməsi də təşviq edilir. Belə ki, biznes masalarda ən çox iş paylaşımı edən və reallaşdıran partnyorların statistikası aparılır və il sonunda masa çempionlarına müvafiq olaraq ilk 3 yerə Standart, Gold və ya Platinium üzvlük paketi hədiyyə edilir. Bu isə öz növbəsində partnyorlar arasında biznes masalarından fayda götürməklə yanaşı, faydalı olmaq üçün də rəqabət motivasiyası yaradır.

Business to Consumer (B2C)

Müştərilərə partnyorlarımız tərəfindən pulsuz paylanılır və hər bir müştərinin adına bir kart qeydiyyatdan keçirilir. Müştərilər isə həmin kartlar vasitəsilə partnyorlarımızın hər birindən aldıqları xidmət haqqının müqabilində bonuslar alırlar. Yığılan bonuslar isə AKİAB partnyorlarının hər birində istifadə edilə bilər. AKİAB eyni zamanda partnyorlarına öz loyallıq kartlarını da çıxarmağa imkan verir. Belə ki, hər şirkət üzərində öz loqosu olan loyallıq kartlarını öz müştərilərinə verməklə onları həm özəl hiss etdirməyi, həm də sadəcə onlardan deyil, AKİAB-a üzv olan digər partnyorlardan da bonus qazanmaq imkanı qazandırır.

Marketing

AKİAB həm də bir çox vasitələrlə partnyorlarının bizneslərini tanıtması üçün dəstək olur. AKİAB-ın əsasən aşağıdakı vasitələrlə şirkətlərin reklamını və tanıtımını həyata keçirir.

AKİAB Akademiya

AKİAB ACADEMY ölkədə sahibkarlığın inkişafı və bizneslərdə məlumatlılığın artırılması məqsədilə silsilə seminar və təlimlər təşkil etməklə öz töhvəsini verən AKİAB-ın növbəti layihəsidir. Belə ki, AKİAB-ın təşkilatçılığı ilə qabaqcıl təlim mərkəzlərinin və təlimçilərin iştirakı ilə AKİAB partnyorları və digər sahibkarlar üçün aylıq təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.