Biz kimik

Haqqımızda

2021-ci ildən fəaliyyət göstərən AKİAB-ın məqsədi Azərbaycanda Korporativ İdarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılaşdırılmasına səylərin artırılması, iş adamları arasında korporativ birliyin möhkəmləndirilməsini qorumaq və inkişaf etdirməkdir. 400-ə yaxın partnyoru olan və günü-gündən əhatə dairəsi genişlənən AKİAB son dövrdə korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq, təlimlərin, birgə görüşlərin, diskussiyaların, saytlarda və sosial şəbəkələrdə müzakirələrin, TV verilişlərin təşkili, iş adamları üçün məlumatlandırma, korporativ idarəetmə sahəsində maarifləndirmə və digər məsələlər üçün geniş imkanlar yaradıb.

Missiya

Prinsiplərimizə sadiq qalaraq üzvlərimizin sayını artırmaq, onlar arasında əməkdaşlığı davamlı şəkildə inkişaf etdirmək və birliyin yaratdığı sinerjidən ölkəmizin iqtisadi və sosial inkişafı naminə səmərəli istifadə etmək.

1
Missiya
Vizyon
2

Vizyon

Üzvlərimizin davamlı inkişafını dəstəkləyərək, onların bilik və bacarıqlarını inkişaf etdirməsinə, iş dünyasında daha güclü mövqe qazanmalarına və yeni imkanlardan yararlanmalarına şərait yaratmaq.

Dəyərlər

Fəaliyyətimizi qarşılıqlı fayda, davamlı inkişaf, səmərəlilik, ədalətli bölüşmə və düzgünlük prinsipləri üzərində qurur, hər bir tərəf üçün dəyər yaradan, etibarlı və uzunmüddətli əməkdaşlığa önəm veririk.

3
Dəyərlər
300+ Partnyor
4+ İl təcrübə
50+ Aylıq görüş
İdarə Heyəti

Peşəkar komandamız

Vəfadar Babayev

Direktor

Vəfadar Babayev

Direktor