AKİAB Akademiya sahibkarlar üçün təlim

8 AVQUST 2026

AKİAB Akademiya sahibkarlar üçün təlimlərə davam edir!

Tarix: 8 Avqust, 2026
Saat: 10:00 - 18:00
Məkan: GlobalSoft MMC

"SAT Group" şirkətinin həmtəsisçisi və direktoru, Azad Qəhrəmanovun 18 Noyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "Maksimum Satış" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi müştəri ilə düzgün əlaqə qurmaq, satış əməliyyatlarını maksimum səviyyəyə çatdırmaq və effektiv satış strategiyalarını yaratmaq bacarıqlarını öyrənməkdir. Bu təlim satış sahəsində bacarıqlarını inkişaf etdirmək istəyən sahibkarlar üçün böyük və unikal təcrübə olacaq.

İxtisasca terapevt olan, 2004-cü ildən isə birbaşa satış sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov 2014-cü ildə "Sat Group" şirkətini təsis edərək müxtəlif şirkətlərin satış personalının peşəkarlığını artırmaq üçün təlimlər həyata keçirmiş, Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmışdır. Qeyd edək ki, Azad Qəhrəmanov həm də SAT Forum və Biznes İdarəçilik Forumunun təsisçilərindən biridir. "SAT Group" şirkəti satış, marketinq və idarəetmə istiqamətlərində 20-dən çox kurs həyata keçirən təlim mərkəzi və kiçik və orta bizneslərə konsaltinq xidməti göstərən müəssisədir.